Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü
dünya şöhrətli cərrah, görkəmli alim və ictimai xadim Cavad Heyəti qəbul edib.
Cavad Heyət Azərbaycanda bütün sahələrdə böyük inkişaf proseslərinin uğurla davam etdirilməsindən fərəh duyduğunu bildirib.
Prezident doktor Cavad Heyətin müxtəlif sahələrdəki xidmətlərini yüksək qiymətləndirib və ona gələcək ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.