...

Gürcüstan prezidenti 365 məhbusu əfv edib

Siyasət Materials 24 Noyabr 2008 19:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Cəzaların İcrası Departamentinə ölkə prezidentinin əfv ilə bağlı iki fərmanı daxil olub.

Departamentdən bildriblər ki, əfv 365 məhbusa aid edilib, belə ki, 221 məhkumun cəza müddəti ikiqat azaldılıb.

144 məhbus azadlığa çıxacaq. Əfv aktı 14 qadın məhbusa aid ediləcək. Onlardan səkkizi azadlığa çıxacaq, qalanlarının cəza müddəti yarıyadək azaldılacaq.

Gürcüstan prezidenti bunadək Amnistiya haqqında Qanun imzalamışdı, bu sənədə əsasən, Gürcüstan həbsxanalarından iki ay ərzində iki mindən çox məhbus azadlığa buraxılacaq, bütün şərti məhkum olunmuşların üzərindən cəza müddəti götürüləcək. Ümumilikdə aministiyaya, azad edilənlər və ya cəza müddəti qismən azaldılanlar da daxil olmaqla, 12000 məhbus düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti