...

"Şərq tərəfdaşlığı" proqramında Azərbaycanın iştirakı öz bəhrəsini tez verməyəcək

Siyasət Materials 30 Noyabr 2008 08:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr / Trend müxbir E.Ostapenko/  Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında iştirakı yaxın gələcəkdə azad ticarət zonasının açılması və vizasız rejimin tətbiq edilməsini nəzərdə tutmur, lakin əməkdaşlıq ölkənin inkişafına müsbət təsir göstərə bilər.

Aİ-nin aparıcı siyasi təhlilçilərindən biri olan Antonio Missiroli Trend -a bildirib ki, dəqiq müddəti göstərmək mümkün deyil. Belə ki, danışıqlar gedir.  

Dekabrın 3-də Brüsseldə Avropa strukturlarının iclasında Polşa ilə İsveçin Şərq tərəfdaşlığı siyasəti üzrə layihəsi müzakirə olunacaq. Avropa komissarı Benita Ferrero-Valdnerin mətbuat katibi   Trend -a bildirib ki, görüşdə Aİ əməkdaşlıq üzrə bir neçə təkliflər irəli sürəcək.

Polşa ilə İsveç mayın 26-də Aİ-nin xarici işlər nazirlərinə şərq qonşuları üçün vahid forumun - "Şərq tərəfdaşlığı"nın yaradılması barədə təklif irəli sürüblər. Vahid foruma Aİ-nin 27 dövləti ilə yanaşı Ukrayna, Azərbaycan, Moldova, Gürcüstan və Ermənistan daxil olacaq.    

Azad ticarət zonasının açılması və Azərbaycanla vizasız rejimin tətbiq edilməsi ölkədaxili dəyişikliklərdən asılıdır.

Avropa siyasi mərkəzinin proqramları üzrə direktoru Missiroli hesab edir ki, viza rejiminin sadələşdirilməsi o zaman qüvvəyə minər ki, bu yerli idarəetmənin yaxşılaşması ilə maşaiyət olunsun.

Missirolinin fikrincə, bu, Aİ tərəfindən birtərəfli qaydada irəli sürülən güzəşt deyil. Belə ki, çoxsaylı texniki tərəflər həll edilməlidir.

Avropanın qonşuluq siyasəti proqramının mütəxəssisi Amanda Akçakoça (Amanda Akcakoca) əmindir ki, Azərbaycana hazırda vizasız rejim təklif olunmayacaq.

Akçakoça Trend -a elektron poçtu ilə bildirib ki, "hazırda Ukrayna, Moldova və Gürcüstan diqqət mərkəzindədir". Lakin o, uzaq perspektivdə Azərbaycanla vizasız rejimin və azad ticarət zonasının müzakirə olunacağını inkar etmir.

Avropa mütəxəssisləri kimi Azərbaycan ekspertləri də hesab edir ki, Azərbaycanın Aİ-yə inteqrasiyası və "Şərq tərəfdaşlığı" üzrə müzakirələr ölkə üçün çox xeyirli ola bilər.

Missiroli hesab bildiri ki, viza rejiminin sadələşdirilməsi, ticarətin liberallaşdırılması, infrastrukturun maliyyələşdirilməsi mümkündür. 

Missirolinin sözlərinə görə, iAzərbaycan üçün  infrastrukturun maliyyələşdirilməsi maraqlı ola bilər və bu "Nabukko" layihəsinin perspektivlərindən asılıdır. Aİ Gürcüstanda olduğu kimi münaqişələrin həll edilməsində fəal iştirak etməyə çalışacaq. 

Azərbaycanlı politoloq Rasim Musabəyov hesab edir ki, əgər söhbət tərəfdaşlıqdan gedirsə, onda mənfəət qarşılıqlı olmalıdır.

Musabəyov bildirib ki, Aİ-ilə əməkdaşlıq İttifaq tərəfindən texiki yardının artırılması deməkdir. 

Musabəyov Trend -a telefonla deyib, "Bu həmçinin marketinq və menedjmentin müasir elementlərinin tətbiq edilməsi də aiddir. Bu da Azərbaycan iqtisadiyyatının rəqabət qabilliyyətinə təsir göstərə bilər".

Qonşuluq üzrə Avropa siyasətinin mütəxəssisi Devid Qalbert (David Galbreath) elektron poçt vasitəsi ilə   Trend -a bildirib ki, Aİ ilə Azərbaycan arsında müasibətlər yaxşılaşdığından Brüssel Azərbaycanın daxili siyasətində dəyişikliklərə daha çox təzyiq göstərəcək.

Avropa siyasi mərkəzinin təhlilçisi Akçakoça əmin deyil ki,  Aİ Azərbaycanda məhz, insan haqqları, demokratiya, qanunun aliliyi, azlıqlara münasibət sahəslərində yaxşılaşmanı gözləyir.

Məqalənin hazırlanmasında V.Javoronkova və E.Tarverdiyeva iştirak ediblər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti