...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 2 Dekabr 2008 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 13.25-dən 13.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 10.00-dan 10.30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.15-dən 13.20-dək Qazax rayonunun Bağanis Ayrım kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan 21.40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.30-dək fasilələrlə Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu, dekabrın 2-də saat 04.20-dən 04.40-dək Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplıpulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti