...

RF yeni administrasiya dövründə ABŞ ilə müsbət münasibətlərə ümid edir – RF-nin Baş naziri

Siyasət Materials 4 Dekabr 2008 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir A.Qasımova/ Biz ABŞ-ın yeni prezidenti Barak Obamanın administarsiyası dövründə ABŞ və Rusiya Federasiyası arasında münasibətlərin müsbət istiqamətədə dəyişəcəyinə ümid edirik. Bu barədə cümə axşamı "Vesti" telekanalının efirində "Vladimir Putin ilə söhbət" proqoramında RF-nin Baş naziri Vladimir Putin bildirib.

"NATO nazirlərinin iclasında Ukrayna və Gürcüstanın alyansa daxil olmasından imtina olunub. Biz, RF ilə münasibətləri korlamaq olmaz, Avropada RƏM sisitemlərinin yerləşdirilməsi məsələsi yenidən nəzərdən keçirilməlidir, RF-nin maraqlarını nəzərə almaq lazımdır kimi söhbətlər eşidirik", - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, əgər bütün bunlar sadəcə olaraq söhbət deyilsə, o zaman RF-nin reaksiyası adekvat olacaq və amerikalı tərəfdaşlar bunu hiss edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı- [email protected]

Xəbər lenti

Xəbər lenti