...

Bakıda dövlət qurumlarına ziyan vuran şəxs tutulub

Siyasət Materials 6 Dekabr 2008 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir S. Kazımlı / Bakıda dövlət qurumlarına külli miqdarda ziyan vuran və barəsində axtarış elan olunan şəxs tutulub. Bu barədə Qaradağ rayon Polis İdarəsindən (RPİ) şənbə günü Trend - a məlumat verilib.

RPİ - dən bildiriblər ki, 11- ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, Qaradağ rayonunda məskunlaşmış Laçın rayon sakini 1972 - ci il təvəllüdlü, Şəhriyar Zakir oğlu Turbəndiyev cümə günü tutulub və istintaqa təhvil verilib. Onun barəsində 15 gün əvvəl Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə axtarış elan olunmuşdu.

RPİ - dən ələvə ediblər ki, Turbəndiyev Bakıda, Sumqayıtda və Abşeronda elektrik naqillərini, tranformatorların və bu kimi qurğuların hissələrini sökərək oğurlayıb. Bununla da o, dövlət qrumlarına külli miqdarda ziyan vurub.

Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti