...

Türkmənistan II Aleksinin vəfatından Rusiya ilə birgə kədərlənir - Berdıməhəmmədov

Siyasət Materials 8 Dekabr 2008 15:28 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 08 dekabr / Trend , müxbir S.Qurbanov/ "Bu günlər biz görkəmli şəxsiyyət II Aleksinin şəxsində əvəzolunmaz itki ilə üzləşən rus xalqı ilə birgə kədərlənirik", - Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədovun Rusiya prezidenti Dmitri Medvedyevə Moskva və Ümumrusiya patriarxı II Aleksinin vəfatı ilə bağlı ünvanladığı başsağlığında belə qeyd olunub.

"Onun fəaliyyəti dini mənsubiyyətindən asılı olmayaraq, bütün dünyanın insanları arasında geniş qarşılıqlı anlaşmaya xidmət edirdi", - mətndə deyilir.

II Aleksinin dövründə Türkmənistanda pravoslav prixodlarını Müqəddəs Moskva və Ümumrusiya patriarxı idarə edib. Buna qədər isə onlar Daşkənd və Orta Asiya yeparxiyasının tərkibində olublar. 2008-ci ilin mayında Berdıməhəmədov Aşqabadda yeni patriarx seçkilərinədək taxt-tacın vəkili seçilən Smolensk və Kalininqrad mitropoliti Kirili qəbul edib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti