...

Azərbaycan müxalifətini təmsil edən birliyə yeni partiya daxil olub

Siyasət Materials 10 Dekabr 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan müxalifətini təmsil edən Vahid Azərbaycan Milli Birlik Partiyası (VAMBP) müxalifətyönlü Milli Demokratik Qüvvələr Birliyinə (MDQB) daxil olub.

" Milli Demokratik Qüvvələr Birliyinə Vahid Azərbaycan Milli Birlik Partiyasının qəbul olunmaqla bağlı müraciətinə Sədrlər Şurasının çərşənbə günü keçirilən iclasında baxılıb və partiyanın birliyə qəbul edilməsinə qərar verilib", -bu barədə çərşənbə günü MDQB- dən məlumat verilib.

Trend - un arayışı: MDQB - yə müxalifəti təmsil edən Bütöv Azərbaycan Xalq Cəbhəsi və Təkamül partiyaları daxildir və bu qurum 2002 - ci ildə yaradılıb. Müxalifəti təmsil edən sağ-mərkəzçi VAMBP 1990 - cı illərin əvvəllərində yaradılıb. Partiyanın sədri sabiq millət vəkili Hacıbaba Əzimovdur.

VAMBP sədri Hacıbaba Əzimovun MDQB Sədrlər Şurasına ünvanladığı müraciətdə qeyd olunub ki, partiyanın Rəyasət Heyətində birliyə üzvlüklə bağlı məsələ müzakirəyə çıxarılıb. VAMBP Rəyasət Heyəti MDQB-nin Əsasnaməsini, məqsəd və vəzifələrini bəyəndiyi üçün, qurumun sıralarına qatılmağı məqsədəuyğun hesab edib.

MDQB-yə daxil olan hər üç partiyanın sədrləri qurumun gələcək perspektivləri və birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Qurumun gələcək fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü, qanunların aliliyinin tam təmin olunması, azad və ədalətli vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, ölkə həyatının bütün sahələrində islahatların həyata keçirilməsi üçün bütün mövcud hüquqi vasitələrdən istifadə etməklə, hökumətin fəaliyyətinə təsir göstərilməsi, bu istiqamətdə ictimai rəyin formalaşdırılması, bələdiyyə seçkilərində yüksək səviyyədə iştirak prioritet təşkil edəcək.

Qurumun 2008 - ci ildə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirən Sədrlər Şurası MDQB - nin fəaliyyətinin daha da genişləndirilməsini məqsədəuyğun sayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti