...

Fransanın Aİ - də sədrliyi Qafqazda müharibəni dayandırmağa kömək etdi – Fransa prezidenti

Siyasət Materials 16 Dekabr 2008 14:00 (UTC +04:00)
Fransanın Aİ - də sədrliyi Qafqazda müharibəni dayandırmağa kömək etdi – Fransa prezidenti

Fransa, Strasburq, 16 dekabr/ Trend , müxbir A.Məhərrəmli/ Avropa İttifaqının hazırkı sədri Fransa Qafqazda gürcü - osetin müharibəsini dayandırmaq üçün əlindən gələni edib. Bu barədə çərşənbə axşamı prezident Nikolya Sarkozi Avropa Parlamentinin Fransanın Aİ -də sədrliyinin yekunlarına həsr olunmuş sessiyasında çıxış edərkən bildirib.

"Avqustda Gürcüstanda böhran başlayanda bizim yalnız bir fikrimiz var idi - bu müharibəni dayandırmaq", - deyə prezident bildirib.

Onun sözlərinə görə, Qafqaz böhranı Avropanın bir olduğunu göstərdi.

"Avqustda biz atəşkəş məsələsini, sentyabrın 12- də isə, qoşunların çıxarılması haqqında sazişi müzakirə etdik və müharibədən yayınmaq mümkün oldu. Avqustun 8 - də ruslar Tbilisinin 40 km -də idi, bu gün isə, Cənubi Osetiya və Abxaziya ərazilərindən savayı, demək olar ki, bütün qüvəllər çıxarılıb", - deyə Sarkozi bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 26 -da Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı və sentyabrın 9 - da onlarla diplomatik əlaqələr quruldu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti