...

Culfa Dəmiryol Stansiyası istifadəyə verilib

Siyasət Materials 23 Dekabr 2008 08:56 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 23 dekabr / Trend müxb. E.Məmmədov/ Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı Dəmiryol Satnsiyasının binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

100 il budan əvvəl tikilmiş Culfa Dəmiryol Stansiyasının vağzal binasına arxitekturası qorunmaqla yeni və müasir görkəm verilib.

Azərbaycan Dövlət Dəmiryolu Naxçıvan Hissəsinin rəisi Mahir Əliyevin bildirdiyinə görə, stansiyanın idarəetmə mərkəzi, bərpa qatarının inzibati və yardımçı binaları müasir standartlara uyğun yenidən qurulub. Həmçinin elektrovoz və qaldırıcı kran təmir olunub.

Vağzalda 22 iş otağı, VİP və sərnişinlərin gözləmə zalı, bilet kassaları, restoran yenidən qurulub. Bir ədəd 52 yerlik müasir vaqon alınıb gətirilib.

Açılışda iştirak edən Ali Məclisin sədri Vasif Talıbov dəmiryol stansiyasına iki "Şevrolet-Niva" markalı xidməti avtomobil bağışlayıb.

Hazırda daxili sərnişin daşımalarında istifadə edilən Culfa Dəmiryol Stansiyasından müxtəlif təyinatlı 60 yoldan istifadə edilir.

Xəbər lenti

Xəbər lenti