...

Qazaxıstanda əhalinin siyahıya alınması prosesində kompüter savadına malik vətəndaşların sayı müəyyən olunacaq

Siyasət Materials 8 Yanvar 2009 16:57 (UTC +04:00)

Qazaxıstan, Astana, 08 yanvar/ Trend , müxbir K.Konırova/ Fevralın 25 - dən martın 6 - dək Qazaxıstanda əhalinin ikinci dəfə milli siyahıya alınması prosesi keçiriləcək. Bu barədə Trend -a Qazaxıstan Statistika Agentliyinin kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə Departamentinin nümayəndəsi Gülnar Malqacar bildirib.

"Bununla əlaqədar yanvarın əvvəlində Agentlik siyahıyaalma şöbələrinin müdirləri və siyahıya alma üzrə səlahiyyətli vəzifələrə əməkdaş yığımına başlayıb", - deyə Malqacar bildirib.

Onun məlumatına görə, bu mütəxəssislər fevralın 5-dən is? başlayacaqlar və fəaliyyətləri aprelin sonunadək davam edəcək.

"Siyah?yaalmada standart suallarla yanaşı, məsələn, bu gün nə qədər qazaxıstanlı kompüter savadına malikdir? - kimi yeni suallar tətbiq ediləcək", - deyə agentlik nümayəndəsi bildirib.

Malaqacarın sözlərinə görə, dövlət öz vətəndaşlarının inkişafında maraqlıdır, bu iqtisadiyyatın innovasiya mahiyyəti istiqam?tinə uygundur. Təhsil nə qədər keyfiyyətli olarsa, hər bir vətəndaş əmək bazarında daha çox rəqabətqabiliyyətli olar və respublikada həyat səviyyəsi yüksəl?r.

"Məhz buna görə, dövlət əhalinin kompüter savadı barədə məlumat alaraq, təhsil müəssisələrində kompüter sinifl?rinin inkişafını səmərəli planlaşdıra və informasiya və kommunikasiya texnologiyalarının inkişafına sərmayələri praylaşdıra biləcək", - deyə Malqacar bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti