...

Aİ -nin xarici əlaqələr üzrə komissarı Tbilisiyə gəlir

Siyasət Materials 16 Yanvar 2009 17:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner yanvarın 20-də Gürcüstana səfər edəcək. Bu barədə Trend -a Avropa Komissiyasının Gürcüstandakı nümayəndəliyindən bildiriblər.

Səfər zamanı o, Gürcüstan prezidenti Mixail Saakaşvili, Baş nazir Qriqol Mqaloblişvili, avrointeqrasiya məsələləri üzrə dövlət naziri Qeorqi Baramidze, xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək.

Avropa komissarı Cənubi Osetiyadan olan qaçqınların   sıx məskunlaşdığı yerə də baş çəkəcək.

Ferrero-Valdnerin səfəri bir gün davam edəcək və o, buradan Brüsselə yollanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti