...

Azərbaycanın hakim partiyasının deputatı türk dilində filmlərin dublyaj olunmasının əleyhinə çıxıb

Siyasət Materials 2 Fevral 2009 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir C.Babayeva/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdəki nümayəndəsi türk dilində filmlərin dublyaj olunmasının əleyhinə çıxıb.

"Türk dilində filmlərin və serialların Azərbaycan dilinə tərcümə olunması yolverilməzdir", - YAP icraçı katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin bugünki iclasında çıxışı zamanı bildirib.

Trend -un arayışı: Milli Televiziya və Radio Şurası yanvarın 1-dən əcnəbi dillərdə, o cümlədən türk dillərində filmlərin yayımına qadağa qoyub. Qərara əsasən, bütün əcnəbi dillərdə filmlər Azərbaycan dilinə dublyaj olunmalıdır.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan iki dövlət bir millətdirsə, bir millətin iki müxtəlif dili ola bilməz.

"Bu ona oxşayır ki, Amerikada çəkilən filmlər Böyük Britaniyada nümayiş etdirilməsi üçün tərcümə olunmalıdır", - deputat əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]        

Xəbər lenti

Xəbər lenti