...

Erməni lobbisi ABŞ-da "soyqırım"ı qəbul etdirmək üçün fəaliyyətə başlayıb

Siyasət Materials 4 Fevral 2009 13:46 (UTC +04:00)
Erməni lobbisi ABŞ-da "soyqırım"ı qəbul etdirmək üçün fəaliyyətə başlayıb

ABŞ Erməni Milli Komitəsi erməni əsilli ABŞ vətəndaşlarını Barak Obamaya və millət vəkillərinə məktub ünvanlayaraq "soyqırım"ı tanımaları üçün təzyiq göstərməyə çağırıb. Bu barədə Türkiyənin "Haber 7" informasiya agentliyi məlumat verib.

Respublikaçılar Partiyasının İllinoisdən olan millət vəkili və ABŞ Konqresindəki erməni dostluq qrupunun həmsədri Mark Kirk də "Yeni Konqres və yeni hökumətin dövründə "soyqırım"ın tanınması məsələsində nikbinik" deyib.

Aprel ayında qondarma erməni soyqırımının ildönümü münasibətilə erməni lobbisi 1915- cil hadisələri ilə bağlı iddialarını qəbul etdirmək səylərini artırırlar. Ermənistanın və erməni lobbisinin iddialarına görə, 1915-ci ildə Türkiyənin sələfi olan Osmanlı İmperiyası ermənilərə qarşı "soyqırım" törədib.

Millət vəkili Kirk bu il "soyqırım"ın tanınması üçün səyləri artırmanın vacib olduğunu bildirərək, erməni əsilli amerikalıları daha fəal olmağa çağırıb.

ABŞ Xarici İşlər Nazirliyinin və ABŞ Müdafiə Nazirliyinin "soyqırım"ın tanınmasına mane olacağını deyən Kirk bildirib ki, bununla belə, "Yeni Konqresin və hökumətın fəaliyyətinin ilk dövründə daha güclüyük". "Indi fəaliyyətə başlamalı və qanun layihəsini təqdim etməliyik", - o deyib.

ABŞ-ın xarici işlər naziri Hillari Klintonun seçki kampaniyasında "soyqırım"la bağlı nitqlər söylədiyini xatırladan Kirk, onun ABŞ-ın xarici işlər naziri olduqdan sonra hansı fikirləri söyləyəcəyini görmək istədiyini deyib.

Kirk ABŞ-in yeni prezidenti dövründə ermənilərin iddialarını dəstəkləyənlərin sayının daha çox, səslərinin isə yüksək olacağına ümidlərini ifadə edib.

Xəbər lenti

Xəbər lenti