Belçika, Brüssel, 5 fevral / Trend müxbir A.İsmayılova/ Avropa Birliyi RF-nin Gürcüstanın bölgələrində - Abxaziya və Cənubi Osetiyada hərbi bazaları inşa etmək planlarından dolayı öz narazılığını ifadə edib. Bu haqda AB-nin bəyanatında bildirilir.
"Digər məqamlarla yanaşı bu, Rusiyanın Abxaziyada dəniz donanması yaratmaq planlarına aiddir", - deyə sənəddə vurğulanıb.
AB bu planın gercəkləşməsini Gürcüstanın ərazi bütövlüyünün və suverenlik prinsiplərinin ciddi şəkildə pozulması kimi dəyərləndirmək niyyətindədir.
"Abxaziya və Cənubi Osetiyada istənilən hərbi tikili 2008-ci ilin avqust və sentyabrında imzalanan atəşkəs haqda razılaşmalara zidd olacaq, habelə bölgədəki sabitlik və təhlükəsizliyə təhlükə olacaq", - deyə sənəddə bildirilir.