...

Azərbaycanda cəza çəkən məhkum cinayət törədib

Siyasət Materials 2 Mart 2009 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda cəza çəkən məhkum cinayət törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, bazar günü saat 23.15 radələrində Nərimanov rayonundakı Xətai prospektində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən, əvvəllər məhkum olunmuş Bədəl Kaşımov münaqişə zəminində Ağdaş rayon sakini Tərlan Nəsirova bıçaqla xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kaşımov tutulub.

Onun barəsində cinayət işi açılıb, istintaq aparılır.
Penitensiar Xidmətin məlumatına görə, son iki ildə məntəqə tipli müəsissələrə köçürülən məhkumlar tərəfindən törədilən cinayətlər 7 % artıb. Ötən il belə cinayətlərin sayı 64 fakt təşkil edib.
Həmin müəssisələrdə saxlanılan məhkumlar tərəfindən hesabat dövründə 60 cinayət törədilib.
PX-nin ötən ilin yekunlarına həsr edilmiş müşavirəsində bu sahədəki vəziyyət müzakirə olunub, 3, 6, 11 və 14 saylı məntəqə tipli müəssisələrdə kobud pozuntular qeydə alınıb və həmin müəssisələrin rəhbərliyi vəzifədən azad olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti