...

Qırğızıstan prezidenti dövlət strukturları rəhbərlərinin iştirakı ilə müşavirə keçirib

Siyasət Materials 3 Mart 2009 13:46 (UTC +04:00)

Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyev martın 2-də bir sıra dövlət strukturları rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə ölkə iqtisadiyyatının vəziyyəti müzakirə olunub. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

Bakiyev, xüsusilə iki həftə müddətində "Dövlət satınalmaları haqqında" Qanun və "2009-cu il dövlət büdcəsi və 2010-2011-ci illər üzrə proqnozlar haqqında" Qanuna dəyişikliklər üzrə təkliflərin irəli sürülməsi üçün hökumətə göstəriş verib. "Dünya böhranı artıq bizim ölkə iqtisadiyyatına toxunub ki, bunu da əsasən , qırğız ixracatçıları hiss edirlər. Aydındır ki, xaricdə bizim kənd təsərrüfatı, toxuculuq və tikinti məhsullarımıza tələbatın azalması tendensiyası ortaya çıxıb. Bununla əlaqədar olaraq qanunvericiliyə dəyişikliklər etmək lazımdır. Mal və xidmətlərin alınması ilə bağlı bütün dövlət satınalmalarının prioritet qaydada qırğız istehsalçıları ilə həyata keçirilməsi lazımdır. Bununla yanaşı, əlbəttə ki, keyfiyyətə də diqqət yetirilməlidir. Aşağı qiymətlər xatirinə keyfiyyətdə güzəştə getmək olmaz", - deyə Bakiyev bildirib.

Dövlət başçısı Qırğızıstan Respublikası Prezident Administarsiyasının rəhbəri Daniyar Useynova da hökumət ilə birgə tikintinin, həmçinin yollarda təmir-bərpa işlərinin bərpa edilməsi barədə məsələnin işlənməsinə dair tapşırıq verib. "Hava şəraiti buna imkan yaradır. Belə ki, tikinti sənayesinin dirçəlməsi yerli tikinti materiallarının istehsal həcminin artmasına imkan yaradacaq. İlk növbədə dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulan başa çatmamış sosial infrastruktur obyektlərinə diqqət ayırmaq lazımdır", - deyə Bakiyev bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti