...

Holokost barədə mif sionist cinayətlər üçün bəhanədir – İran prezidenti

Siyasət Materials 4 Mart 2009 12:39 (UTC +04:00)
Holokost barədə mif sionist cinayətlər üçün bəhanədir – İran prezidenti

Holokost barədə mif sionist cinayətlər üçün bəhanədir. Bu barədə Fələstinə həsr olunmuş IV konfransın açılış mərasimində İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Əhmədinejadın sözlərinə görə, İsrail hökuməti super dövlətlərin köməkliyi ilə yalanlar əsasında formalaşdırlıb. İran prezidenti holokostu uydurma adlandırıb və bildirib ki, "sionist rejimin fəaliyyəti daimi təhlükələr və şərq ölkələrini Qərbin silah satışı bazarına çevirmək istəyindən ibarətdir". IRINN telekanalının birbaşa efirdən verdiyi xəbərə görə, Fələstin-İsrail münaqişəsinin yeganə həll yolu, onun fikrincə, Fələstin xalqının hüquqlarına riayət edilməsidir.

Onun sözlərinə görə, bu münaqişənin həlli üçün ümumi azad referendum keçirilməlidir. "İsrailin cinayətlərinə ali məhkəmələrdə baxılmalıdır və BMT Təhlükəsizlik Şurası sionist hərəkatların təsiri altından çıxmalıdır", - deyə Əhmədinejad bildirib.

"Fələstin - müqavimət nümunəsi, Qəzzə - cinayətlər qurbanı" şüarı altında keçirilən IV beynəlxalq konfrans bu gün Tehranda öz işinə başlayıb və iki gün davam edəcək. Konfransda 80 ölkənin parlament nümayəndələri və 15 ölkənin parlament sədrləri iştirak edir 

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti