...

Ermənistan beynəlxalq arenada nüfuzunu itirir - deputat

Siyasət Materials 4 Mart 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Dünya maliyyə böhranının Ermənistan iqtisadiyyatına böyük təsiri həm yerli əhali, həm də ölkəyə ucuz kreditlər verən maliyyə institutlarında inamın itməsinə gətirib çıxarıb", - deputat, Azərbaycan parlamentinin İqtisadi siyasət üzrə daimi komissiyasının üzvü Əli Məsimli deyib.

"Ermənistandakı böhran milli valyuta - dramın kursunun süni saxlanılması səbəbindən baş verib", - Məsimli bildirib.

Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankı birdən-birə dramı müəyyən səviyyədə saxlamağa başladı ki, nəticədə dollar bahalaşdı. Dünyada öz istehsalı olmayan çox az sayda ölkələrdən olan bu dövlətdə "belə durum təbiidir".

Ermənistanda vəsait əldə etməyin iki yolu var: birincisi, emaledici şirkətlər, onlar da maliyyə problemləri üzündən öz fəaliyyətlərini dayandırıblar. İkincisi, beynəlxalq maliyyə institutlarının ucuz kreditləridir ki, onlar da inamın azalması səbəbindən böyük məbləğlər təklif etməyəcəklər.

"Ermənistandakı durum ölkədəki inflyasiyanın səviyyəsinə, əhalinin az təminatlı hissəsinin durumuna təsir edəcək, onsuz da yaşayış səviyyəsi aşağı olan əhalinin sosial təminat sahəsində böyük maneələr yaradacaq", - deputat bildirib.  

Onun sözlərinə görə, Ermənistan əhalisi içərisində təşviş artacaq, hökumət böyük bir problemlə üz-üzə qalacaq ki, bu da əhalinin inamının itirilməsinə, ölkədəki durumun yaxşılaşacağına ümidin yox olmasına gətirib çıxaracaq.

"Ermənistanın yeganə xilas yolu kənardan yardımdır, lakin ölkənin inamı itirməyə başladığı hazırkı durumda hesab etmirəm ki, beynəlxalq maliyyə institutları riskə getsinlər", - Məsimli deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti