...

"Total" şirkəti İrandan çıxışını təsdiqləmir

Siyasət Materials 13 Mart 2009 10:53 (UTC +04:00)
"Total" şirkəti İrandan çıxışını təsdiqləmir

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir D.İbrahimov /

İranın rəsmi nümayəndəsinin bildirdiyi kimi, Fransanın "Total" neft şirkəti İranın "Cənubi Pars" layihəsinin on birinci fazasının hazırlanması üzrə payının üçüncü tərəfə verilməsini təsdiqləmir.

"Total" tərəfindən layihənin on birinci fazasının hazırlanması istiqamətində danışıqlar hələ də aparılır, hələlik bu məsələ ilə bağlı qəti qərar qəbul edilməyib, - Parisdən "Total"ın rəsmi nümayəndəsi Fenelop Senavoyn (Phenelope Senavoine) telefonla bildirilib.

İranın Milli Neft şirkətinin direktoru Seyfolla Caşnsaz çərşənbə günü bildirib ki, "Total"ın payı yeni şirkətə veriləcək.

"Total" rəhbərliyi ilə razılığa əsasən "Cənubi Pars" layihəsinin 11-ci fazasının gedişinə daha bir payçı qoşulacaq və "Total"ın payı bu layihədə yeni şirkətə veriləcək", - deyə Caşnsaz bildirib.

Onun sözlərinə əsasən, fransız şirkəti İranın "Cənubi Pars" qaz layihəsinin on birinci fazasının işlərini ləngidib.

"Total"ın rəsmi nümayəndəsi layihənin reallaşdırılmasında şirkətin iştirakına İranın narazılıq etməsinin səbəbləri barədə şərh verməyib.

"Total", həmçinin "Cənubi Pars" layihəsinin hazırlanmasının ikinci və üçüncü fazalarında da iştirak edir. Caşnsaz bildirib ki, fransız şirkətinin bu fazaların inkişafında əhəmiyyətli dərəcədə rolu var.

"Cənubi Pars" dünyanın ən böyük qaz yatağıdır, onun ehtiyatları 14 trilyon kubmetr qaz təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti