...

Son yeddi il ərzində təhsil alanların sayı 700 faiz artıb - təhsil naziri (MÜSAHİBƏ)

Siyasət Materials 16 Mart 2009 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir D.İbrahimova /

Trend -un fars redaksiyasının Əfqanıstanın təhsil naziri Faruk Vardakla eksklüziv müsahibəsi

- Əfqanıstanda təhsilin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Savadsızlığın aradan qaldırılması üçün dövlət hansı tədbirləri görməyi planlaşdırır?

- Son yeddi il ərzində təhsilə çıxış xeyli artıb, tələbələrin sayı əvvəlkindən 700 faiz çox olub. Hazırda məktəblərdə 6 milyon 200 min nəfər oxuyur. Ölkədə 11000 məktəb fəaliyyət göstərir ki, onlardan 7600-ü 2002-ci ildə açılıb. Müəllimlərin sayı səkkiz dəfə artıb. Həmçinin ölkədə 511 müsəlman məktəbi fəaliyyət göstərir və orada 106 min şagird islam təhsili alır. 38 pedaqoji kollec peşəkar təhsil verir, həmçinin 33 min tələbə üçün treninq keçirir. Bu tələbələrin 41 faizi Əfqanıstanın 34 əyalətindən olan qızlardır. 1600 ixtisaslı müəllimlər bölgələrdə digər müəllimlərin bilik və təcrübəsini, eləcə də məktəblərdəki təhsilin səviyyəsini artırmaq üçün çalışır. Yeni dərs planı hazırlanıb ki, o da orta məktəblərdə tətbiq olunur. 2008-ci ildə bütün siniflər üçün təxminən 62 milyon dərslik buraxılıb. Onlardan 39 milyon 34 əyalətə paylanılıb. Təxminən 4500 məktəb binası yenidən qurulub, hazırda isə təxminən 900 məktəb tikilir.

Bu uğurlara baxmayaraq, ölkədəki şagird yaşlı uşaqların 46 faizini təşkil edən 7-18 yaşarası 5 milyon 300 min uşağın təhsilə çıxışı yoxdur.

Əfqanıstanın Təhsil Nazirliyi hazırda təhsilə çıxışı asanlaşdıran və onun keyfiyyətinin artırılmasına yönəldilmiş beşillik strateji plan hazırlayıb və onu tətbiq edir.

Bu planın əsas hədəfləri 2010-cu ildə orta məktəblərdə 75 faiz oğlan və 60 faiz qız qeydiyyatdan keçirməkdir. 2010-cu ildə ümumtəhsil məktəblərində oxuyanların sayı 7 milyon 400 min nəfər təşkil etməlidir. Məktəblərin sayı 13380-ə çatdırılmalı, hər bir şagird dərsliklərin tam komplektini almalıdır. Bununla yanaşı, bütün 364 əyalətdə 140 000 müəllimə treninqlər keçirilməsi üçün müəllim mərkəzləri açılacaq.

- Qızların cari təhsil səviyyəsini necə qiymətlədirirsiniz? Əfqanıstandakı ənənələr buna necə təsir edir? "Taliban" kimi radikal hərəkatlar qızların məktəblərdəki təhsilinə necə təsir edir?

- Təxminən 2 milyon 200 min qız hazırda məktəbə gedir ki, bu da yeddi il əvvəl qızlara təhsil almağın qadağan olunduğu dövrdən 36 faiz çox deməkdir. Müəllimlərin təxminən 29 faizi qadındır. Məktəblərdə təhsil alan qızların sayının azlığına səbəb məktəblərdə qadın müəllimələrin azlığı, məktəblərin əlverişsiz yerlərdə olması, təhsil müəssisələrində təhlükəsizliyin olmaması, oradakı pis sanitar şərait, erkən evlilik kimi mədəni maneələr, kasıblıq, qızların əvvəllər təhsildən ayrı salınmalarıdır.

Təhlükəsizliyin olmaması təhsilə çıxış və onun keyfiyyətinə neqativ təsir edir. Son iki il ərzində 650 məktəb bağlanıb və yandırılıb ki, bunun nəticəsində 400 min şagird təhsil almaq imkanından məhrum edilib. Təhlükəli yerlərdə müəllim və tələbələr qiyamçılar üzündən məktəbə getməkdən çəkinir. Qəndəhar şəhərində qiyamçılar məktəbə gedən qızların üzünə sulfat turşusu töküblər.

- Orta yaşlı insanların təhsilindəki vəztiyyət necədir, onlar üçün məktəblərin açılması ilə bağlı hər hansı layihə varmı?

- 2002-ci ildən bu yana savadzıslığın aradan qaldırılması üzrə kurslara gəlmə sayı 11 dəfə artıb. Bütün ölkə üzrə 78 məktəb və 10500 kursda 82 faizi qadın olan təxminən 250 min tələbə qeydiyyatdan keçib. Hazırda qrammatika üzrə yeni kitablar buraxılır.

Hazırda 7 yaşdan yuxarı təxminən 18 milyon adam təhsilsizdir.

Təhsil sahəsi planında savadlılığın 50 faizə, qadınların savadının 60 faizə çatdırılması, 17 min müəllim və 3 min molla üçün treninqlərin keçirilməsi, şəhər və kənd yerlərində 398 ümumtəhsil məktəblərinin və on minə yaxın ümumtəhsil kurslarının açılması nəzərdə tutulub.

Axşam məktəbləri ölkənin bir neçə bölgəsində fəaliyyət göstərir və işini təhsillə birlikdə aparan insanlara təhsil verir.

- Dünya ictimaiyyəti Əfqanıstandakı savadsızlığın aradn qaldırılmasında hansı rolu oynayır?

- Dünya Bankı, Yaponiya, Almaniya, Danimarka, Hollandiya, Kanada, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, Türkiyə, İran, Pakistan və başqa ölkələr maddi-texniki dəstək verib, təqaüd ayırıb.

YUNİSEF, YUNESKO, Beynəlxalq əməkdaşlıq üzrə Yaponiya agentliyi, GTZ təşkilatı və bir çox başqa təşkilatlar bu siyasətə dəstək verib, proqramların hazırlanmasına yardım edib, başqa ölkələr də topladıqları təcrübəni bölüşüb.

QHT-lər və tərəfdaşlar Əfqanıstanın çətinliklər olan regionlarında təhsilin təmin olunmasını təşkil edir, dərs materialı verir, müəllimlər üçün treninqlər təşkil edir, məktəb tikirlər.

- Qulluiqçuların təhlükəsizlik səviyyəsini necə qiymətləndirirsiniz? 2007-ci ilin may ayının hesabatında deyilir ki, polislərin 80 faizi oxumağı belə bacarmırlar.

- Hökümət iki növ qulluqçuya malikdir - vəzifəli şəxslər və dəstək xidməti. Vəzifəli şəxslər üçün minimal meyar 12 siniflik təhsildir. Dəstək xidməti üçün minimal meyar yoxdur, ancaq bütün rəhbərlər xidməti personalın savadsızlığını aradan qaldırmaq üçün təhsilvermə tədbirlərini özləri həyata keçirməlidirlər.

Təhsil Nazirliyi dərs planlarının verilməsi yolu ilə dəstək verir. Polislər üçün təhsil proqramlarının yaradılması da sürətləndirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti