...

NATO Gürcüstana hərbi qulluqçuların təlimində kömək edəcək

Siyasət Materials 18 Mart 2009 18:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 18 mart / Trend , N. Kirtsxaliya /

Şimali Atlantika Alyansının nümayəndə heyəti Gürcüstana hərbi qulluqçuların NATO standartları üzrə təlimləndirilməsi prosesinin həyata keçirilməsinə şərait yaradan məsləhətlər verib. Bu barədə bu gün Gürcüstanın müdafiə nazirinin müavini Georgi Muçaidze jurnalistlərə müsahibəsində bildirib.

NATO nümayəndə heyəti iki gündür ki, Gürcüstandadır. Alyans nümayəndələri Birləşmiş Qərargahda görüş keçirib, Milli Müdafiə Akademiyasına, Krtsanski tədris mərkəzinə baş çəkib, hərbi qulluqçuların təlimlərinin nəzəriyyə və praktik istiqamətləri ilə tanış olub.

"Alyans ekspertləri bizim sistemimizi öyrənir. Yaxın bir neçə həftə ərzində toplanmış informasiya üzərində işləyəcək və məruzə tərtib edəcəklər, bunun əsasında isə təlim proseslərində düzəlişlər ediləcək", - deyə Muçaidze bildirib.

Məqalə müəllifi ilə əalqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti