...

Azərbaycan Prezidenti Milli Təhlükəsizlik Orqanlarının şəxsi heyətini təbrik edib

Siyasət Materials 28 Mart 2009 15:18 (UTC +04:00)
Azərbaycan Prezidenti  Milli Təhlükəsizlik Orqanlarının şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Təhlükəsizlik Orqanlarının şəxsi heyətini 90 illik yubiley munasibətilə  təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkə prezidenti Milli Təhlükəsizlik Nazirliyi 90 illik mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu keçdiyini bildirib.

Azərbaycan prezidenti onu da əlavə edib ki , ümummilli liderimiz Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarını Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması və özünüdərkinin dirçəldilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirib. Təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə edib.

Ölkə başçısı onu da bildirib ki , XXI əsrin çağırışlarına vaxtında və effektiv cavab vermək məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyinin maddi-texniki bazasının müasirləşdirilməsi, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların peşəkarlığının artırılması üçün xeyli iş görülmüşdür və dövlətin xüsusi xidmət orqanlarına qayğısı bundan sonra da davam edəcək .

Azərbaycan Prezidenti İlham Əliyev təhlükəsizlik orqanlarının bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, milli dövlətçilik ruhunda tərbiyə edilən zabitlərin vətənə hədsiz sədaqət, vətənpərvərlik, igidlik nümayiş etdirəcəyindən əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti