...

Tbilisi Dövlət Universitetində 1918-ci ildə baş vermiş azərbaycanlıların soyqırımına həsr olunmuş seminar keçirilib

Siyasət Materials 31 Mart 2009 18:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün İ.Cavaxişvali adına Tbilisi Dövlət Universitetində Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanda baş vermiş 1918-ci il hadisələrinə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri, hüquq elmləri namizədi, professor Namiq Əliyev həmin hadisələri təfsilatı ilə danışıb.

Seminarda İ.Cavaxişvali adına Tbilisi Dövlət Universitetinin tarix elmləri doktoru, professor Quram Lordkipanidze (mövzu: "Azərbaycanda və Gürcüstanda 1918-ci il mart hadisələri"), Suxumi Dövlət Universitetinin tarix elmləri doktoru, professor Quram Marxuliya (mövzu: "Ermənistanın etnik məkanının yaradılmasında Daşnaksütun"), həmin universitetin tarix elmləri doktoru, professor Teymuraz Papaskiri (mövzu: "Cənubi Qafqaz 1918-ci ildə, Cənubi Qafqazda stabilliyi pozan qüvvələr") və digərləri iştirak edib.

Seminarda, həmçinin Aydın Balayevin "Azərbaycanda 1918-ci ilin mart hadisələri" adlı kitabının təqdimat mərasimi keçirilib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar günahsız Azərbaycan xalqına qarşı soyqırım törədiblər. Bunun nəticəsində isə Bakı şəhərinin 12 min əhalisi həlak olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti