...

Yunanıstan Prezidenti Türkmənistana dostluğu möhkəmləndirməyi təklif edib

Siyasət Materials 3 Aprel 2009 18:17 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 03 aprel / Trend , müxbir H.Həsənov /

Yunanıstan Prezidenti türkmənistanlı həmkarı Qurbanqulu Berdimuhammedova ünvanladığı məktubda bildirib ki, "iki ölkə arasında mövcud olan dostluq və həmrəylik əlaqələrinin gücləndirilməsinə və davam etdirilməsinə can ataraq" Mixail Spinellisi Yunanıstanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edirəm.

Spinellisin iqamətgahı Moskvadadır. Aşqabada onun etimadnamələrini Məclis (parlament) sədri A.Nurberdiyeva qəbul edib.

"Spinellisin bacarıq və səylərinin şahidi olduğumdan əminəm ki, üzərinə düşən missiyanın öhdəsindən gələrək Sizin yüksək etimadınızı qazanacaq və mənim ona olan ümidlərimi doğruldacaq", - Yunanıstan Prezidentinin müraciətində deyilir.

Təyin olunmuş diplomat Türkmənistan Məclisini ziyarət edərkən Yunanıstan işgüzar dairələrinin Türkmənistanla sıx əlaqələr yaratmaqda maraqlı olduqlarını qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti