...

Rəyi soruşulan Tbilisi əhalisinin cəmi 10 faizi prezidentin istefaya gedəcəyini düşünür

Siyasət Materials 16 Aprel 2009 16:39 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gullup və IPM sosioloji tədqiqat mərkəzləri aprelin 10-11-də Tbilisi sakinlərinin telefon sorğusunu keçirib və müəyyən ediblər ki, şəhər əhalisinin 42 faizi vaxtından əvvəl prezident seçkilərinin keçirilməsinin tərəfdarıdır, 25 faiz əleyhinədir, 33 faizi isə birmənalı cavab verə bilməyib.

Sorğunun nəticələri göstərib ki, Mixail Saakaşvilinin işinin səmərəliliyi əhalinin yalnız 26 faizinin xoşuna gəlir. Gullup-ın ötən ilin iyun ayında eyni sorğusunda bu rəqəm 42 faiz təşkil edib.

Mixail Saakaşvilinin işinin səmərəliliyindən razı olmayan əhalinin 76 faizi vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini tələb edir və düşünür ki, küçələrə çıxmış insanlar daha çox müxalifəti dəstəklədikləri üçün yox, Saakaşvilini dəstəkləmədikləri üçün bu addımı atıblar.

Tədqiqatlar təsdiqləyir ki, prezidentin istefası məsələsi belə asan həll olunmayacaq. Tbilisililərin çoxu (56 faiz) Saakaşvilinin öz istəyi ilə istefaya gedib yeni seçkilərin vaxtını təyin edəcəyinə inanır, 10 faiz insan isə onun istefa verəcəyinə inanır.

Rəyi soruşulanların 70 faizi bildirib ki, Gürcüstan üçün fəal müxalifətin varlığı vacibdir. Eyni göstərici 2008-ci ilin iyununda 61 faiz təşkil edirdi. Sorğuda iştirak edən hər 10 nəfərdən biri hesab edir ki, bu çox vacib deyil, ya da ümumiyyətlə əhəmiyyətsizdir, baxmayaraq ki, hər 10 nəfərdən ikisinin bu suala cavabı olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti