...

Türkiyə rəsmilərinin "Yol Xəritəsi"ni imzalaması böyük və dönüşü olmayan siyasi səhvdir – türkiyəli deputat

Siyasət Materials 24 Aprel 2009 16:17 (UTC +04:00)
Türkiyə rəsmilərinin "Yol Xəritəsi"ni imzalaması böyük və dönüşü olmayan siyasi səhvdir – türkiyəli deputat

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, Türkiyə ilə Ermənistan arasında aprelin 23-də imzalanan "Yol Xəritəsi" nə Azərbaycana, nə də Türkiyəyə heç bir fayda verməyəcək.

"Türkiyə rəsmiləri bu sənədi imzalamaqla böyük və dönüşü olmayan siyasi səhvə imza atıb", - cümə günü  Trend -a Ankaradan telefonla Cümhuriyyət Xalq Partiyasından (CXP) olan deputat Canan Arıtman bildirib.

Trend -un arayışı: Türkiyənin SABAH qəzetinin məlumatına görə, Ankara və Yerevan arasında imzalanan "Yol Xəritəsi" 5 bənddən ibarətdir. Razılaşmaya əsasən, Ermənistan Türkiyə və keçmiş SSRİ arasında 1921-ci ildə imzalanan Qars razılaşmasını qəbul etməlidir. Ermənilərin "soyqırım" iddialarını araşdıran tarixçilərdən ibarət ortaq komissiya yaradılmalı və komissiyanın tərkibinə hər hansı bir üçüncü ölkə qatıla bilər. Ermənistan-Türkiyə sərhədləri açılacaq və ticarət əlaqələrinin başlanması üçün müvafiq sənədlərin imzalanmasına başlanacaq. Ermənistan və Türkiyə Gürcüstandakı səfirlərini qarşılıqlı olaraq Ankara və Yerevanda akreditə etdikdən sonra birbaşa diplomatik əlaqələr qurulacaq. "Yol xəritəsi"ndə hər hansı bir qanunverici orqan tərəfindən təsdiq olunmalı məsələlər birbaşa parlamentdə müzakirə ediləcək. SABAH qəzetinin verdiyi məlumata görə, sənəddə Qarabağ məsələsi yer almasa da, iki ölkə arasında yaxınlaşma münaqişənin həlli yolları ilə paralel aparılacaq.

Türkiyəli millət vəkilinin sözlərinə görə, "Yol Xəritəsi"nin imzalanmasından sonra Ərdoğan və Abdullah Gül həm Azərbaycanda, həm də Türkiyədə öz etibarlarını itirəcək.

"Təəssüflər olsun ki, Türkiyə bir çox prinsipial məqamlardan əl çəkir. Türkiyə Danimarka Baş nazirinin NATO-nun Baş katibi seçilməsinə də etiraz etmişdi, lakin sonradan Prezident bu prinsipial məqamdan əl çəkdi. Ərdoğan da Qarabağın azad olunmamasına qədər sərhədləri açmayacağını bildirmişdi. Lakin hadisələr bunun tam əskini göstərdi", - deyə o bildirib.

CXP-dən olan deputat hesab edir ki, Obamanın qondarma "erməni soyqırımı" günü "soyqırım" sözünü işlətməməsi üçün AKP-nin bu sənədi imzalaması məntiqəuyğun deyil.

"ABŞ Prezidenti onsuz da "soyqırım" sözünü dilinə gətirməyəcəkdi. Çünki Türkiyə ABŞ-ın ən sadiq müttəfiqlərindən biridir", - deyə o qeyd edib.

Onun sözlərinə görə, AKP hakimiyyəti öz millətini düşünmür. "Türkiyədə milyonlarla işsizi düşünmək əvəzinə, AKP bir ovuc erməninin iqtisadiyyatının yüksəlməsi üçün fərqinə varmadan çalışır", - deputat əlavə edib.

Bundan əlavə Arıtman onu da qeyd edib ki, sərhədlərin açılması Ermənistana işğalçı siyasətinə cəsarət verəcək"

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti