...

BMT-nin işgəncələr üzrə xüsusi nümayəndəsi Astanaya səfər edəcək

Siyasət Materials 27 Aprel 2009 17:00 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 aprel / Trend , müxbir K.Arınova /

"BMT-nin işgəncə və amansızlıq, qeyri-insani, yaxud ləyaqəti alçaldan bütün münasibət və cəza növləri üzrə xüsusi məruzəçisi Manfred Novak hökumətin dəvəti ilə 2009-cu ilin 5-14 may tarixlərində rəsmi səfərlə Qazaxıstana gələcək", - Trend -a BMT-nin Qazaxıstan nümayəndəsi Daniyar Serikov deyib.

"Mandatına aid olan və ilk mənbələrdən alınan məlumat toplanışı məqsədi ilə Novak, Qazaxıstan hökuməti, insan hüquqlarının müdafiəsi üzrə milli institutlar, eləcə də vətəndaş cəmiyyəti və BMT-nin agentlikləri də daxil olmaqla beynəlxalq təşkilatların nümayəndələri ilə görüşməyi planlaşdırır. O, həmçinin, cəzaçəkmə müəssisələrinə də baş çəkəcək", - Serikov deyib.

Mayın 13-də, missiyanın sonunda hökumət nümayəndələri ilə brifinqdən sonra müstəqil ekspert topladığı ilkin məlumatları KİV-lə bölüşmək üçün mətbuat konfransı keçirəcək. Səfər zamanı toplanmış informasiya İnsan Haqları Şurasının hesabatında rəy və tövsiyələrlə birlikdə əks olunacaq.

Nümayəndəlikdən məlumat verilib ki, Novak BMT-nin insan haqları komitəsi tərəfindən 2004-cü il dekabrın 1-də xüsusi məruzəçi təyin olunub. Xüsusi məruzəçi heç bir hökumətdən asılı deyil və öz mandatına uyğun hərəkət edir. Komissiya ilk dəfə zor tətbiq olunan presedentləri nəzərdən keçirmək üçün 1985-ci ildə təyin edib. BMT-nin insan haqları komitəsi tərəfindən qəbul edilmiş mandat bütün, o cümlədən işgəncə və amansızlıq, qeyri-insani, yaxud ləyaqəti alçaldan bütün münasibət və cəza növlərinə qarşı Konvensiyanı qəbul etməmiş ölkələrə də aiddir.

Novak məcbur edilərək yoxaçıxarılma üzrə işçi qrupunda iştirak edib, sabiq Yuqoslaviyada itkin düşmüş insanların axtarışı üzrə BMT-nin eksperti olub, məcburi yoxaçıxarılmada hüquqi məsələlər üzrə BMT eksperti kimi çıxış edib, həmçinin Bosniya və Herseqovinada insan hüquqlarının müdafiəsi palatasında hakim olub. Novak Vyana Universitetinin insan və konstitusiya hüquqları müəllimi və professoru, Lüdviq Boltsmanın İnsan Hüquqları İnstitutunun direktorudur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti