...

Avropa Şurasının Baş katibi Gürcüstan iqtidarı ilə müxalifətini konstruktiv danışıqlara çağırıb

Siyasət Materials 28 Aprel 2009 14:12 (UTC +04:00)

Fransa, Strasburq, 28 aprel / Trend , müxbir A.Məhərrəmli /

Avropa Şurasının Baş katibi Gürcüstan iqtidarı ilə müxalifətini konstruktiv danışıqlara çağırıb.

"Gürcüstanda ortaya çıxan fikir ayrılıqlarının küçədə deyil, parlamentdə müzakirə edilməsi daha məqsədəuyğundur", - Trend -un Strasburqdakı əməkdaşının bildirdiyinə görə, bu sözləri AŞ Baş katibi Terri Devis çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Gürcüstan müxalifətinin apardığı etiraz nümayişlərinə münasibət bildirərkən deyib.

Gürcüstan müxalifəti aprelin 9-dan Tbilisidə fasiləsiz kütləvi aksiyalara başlayıb. Müxalifətçilər Gürcüstan Prezidentinin istefasını tələb edirlər.

Prezident Mixail Saakaşvili isə istefa verməyəcəyini bəyan edib və müxalifəti dialoqa çağırıb.

Devisin fikrincə, bəzi müxalifət partiyalarının parlamentdə yer qazansa da, onun işində iştirak etməkdən imtina etməsi düzgün qərar deyil. "Hesab edirəm ki, siyasi qüvvələr parlamentin işində fəal iştirak etməlidir", - AŞ Baş katibi əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti