...

Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı vəziyyətin normallaşdırılmasına dair bütün səylər uğursuzluğa düçar olub – AŞ PA Komissiyasının sədri

Siyasət Materials 29 Aprel 2009 15:55 (UTC +04:00)

Fransa, Strasburq, 29 aprel / Trend , müxbir A.Məhərrəmli /  

Gürcüstan-Rusiya münaqişəsi ilə bağlı regionda vəziyyətin normallaşdırılmasına dair bütün səylər uğursuzluğa düçar olub və regionda humanitar vəziyyət acınacaqlı olaraq qalır. Bu fikirləri AŞ PA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komissiyasının sədri, niderlandlı deputat xanım Korin Yonker (Corien Jonker) Gürcüstan-Rusiya müharibəsnin humanitar nəticələrinə dair 1648 saylı Qətnamə ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib.   

"Bu müharibədə əsl qurbanlar mülki əhalidir. AŞPA elə etməlidir ki, bu regionun əhalisi münaqişəsiz bir gələcək qura bilsinlər. Buna yardım etməliyik. Biz regionda beynəlxalq səviyyədə effektiv iştirakı təmin etmək üçün vasitələr tapmalıyıq", - deyə deputat bildirib.

Trend -un arayışı: Ötən il avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun 26-da Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb, sentyabrın 9-da isə onlarla diplomatik əlaqələr qurulub.

Xanım Yonker çıxışında eyni zamanda bildirib ki, Cənubi Osetiya əhalisi Gürcüstanın yeni hücumundan narahatdır. "Onlar bunun bir daha baş verməyəcinə əmin deyillər. Bu insanlar beynəlxalq missiya, o cümlədən Avropa İttifaqının missiyasına qarşı şübhə ilə yanaşır. Avropa İttifaqı insanların etimadını qazanmaq üçün şəffaflığı maksimum səviyyəyə çatdırmalıdır", - Komissiya sədri deyib.  

Deputat etimad mühitinin, münaqişə tərəfləri və beynəlxalq ictimaiyyətin iştitrakı ilə dialoqun yaradılmasını, eləcə də vətəndaş cəmiyyətinin fəaliyyətinin təşviq etmək lazım olduğunu bildirib. "İnsan haqları, demokratiya, hüquqi dövlət dəyərlərini yaymaq çox əhəmiyyətlidir. Vəziyyətin müsbət məcrada cərəyan etməsi üçün siyasi iradə olmalıdır. Bütün zorakılıq hallarına son qoyulması və Gürcüstanda sülhün əldə edilməsi çox önəmlidir", - Yonker deyib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti