...

Azərbaycan və İsrail ticarət dövriyyəsini artıracaq – səfir

Siyasət Materials 29 Aprel 2009 19:02 (UTC +04:00)
Azərbaycan və İsrail ticarət dövriyyəsini artıracaq – səfir

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan və İsrail 2009-cu ilin yanvar-mart ayları ərzində 180 milyon dollara çatan ticarət dövriyyəsinin artırılması üçün səylərini gücləndirəcəklər", - çərşənbə günü İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib.

"Azərbaycan və İsrailin tərəfdaşlığı iki ölkənin əməkdaşlığına yaxşı nümunədir", - Lenk bildirib.

Onun sözlərinə görə, mayda Azərbaycanın iki - beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün kənd təsərrüfatı naziri İsmət Abbasovun başçılıq edəcəyi və Azərbaycan İxracı və Sərmayələri Təşviqi Fondu (AZPROMO) nümayəndə heyətinin İsrailə səfəri gözlənilir.

"Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına cavab verir", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti