...

Azərbaycanın qərbində silah-sursat tapılıb

Siyasət Materials 2 May 2009 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr məsafədə) silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 4 ədəd RPQ-22 tipli qumbaraatan, 4 ədəd qumbara, 1 ədəd mərmi, 2 ədəd zirehli gödəkçə, 119 ədəd avtomat gülləsi və digər hərbi sursatlar tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Daxili işlər naziri Ramil Usubov ötən ay Bakıda keçirilən İslam Konfransı Təşkilatlarına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransındakı çıxışında bildirib ki, son 10 ildə Azərbaycanda əhalidən qanunsuz saxlanılan və əksəriyyəti avtomatik olan 25 minə yaxın silah yığılıb.

Nazir deyib ki, bunun nəticəsində odlu silahdan istifadə etməklə törədilən cinayətlərin sayı 2009-cu ilin əvvəlinə təxminən 5 dəfə azalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti