...

Türkiyədə Konstitusiya dəyişikliyi ölkənin demokratik gələcəyini təhlükə altına sala bilər – türkiyəli deputat

Siyasət Materials 4 May 2009 17:08 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, Türkiyədə Konstitusiya dəyişikliyi ölkənin demokratik gələcəyini gec-tez təhlükə altında qoyacaq.
Türkiyədə Konstitusiya dəyişikliyi ölkənin demokratik gələcəyini təhlükə altına sala bilər – türkiyəli deputat

Azərbaycan, Bakı, 04 may / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Böyük Millət Məclisinin (Parlament) deputatı hesab edir ki, Türkiyədə Konstitusiya dəyişikliyi ölkənin demokratik gələcəyini gec-tez təhlükə altında qoyacaq.

"Hakimiyyətdə islamçı şəxslərin olması Türkiyədə vətəndaş qarşıdurmasına gətirib çıxaracaq və bu, ölkənin demokratik gələcəyini təhlükə altına salır", - deyə bazar ertəsi Trend -a Ankaradan telefonla Cümhuriyyət Xalq Partiyasından (CXP) olan deputat Canan Arıtman bildirib.

Trend -un arayışı: Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən namizədliyini irəli sürməsi, ölkədə ombudsmanlıq və siyasi partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsi daxil olacaq.

Türkiyədə keçirilən 29 mart bələdiyyə seçkilərindən sonra TBMM-in sədri Köksal Toptan Türkiyə Konstitusiyasının dəyişikliyə ehtiyac olduğunu bildirib. "Türkiyədə Konstitusiya dəyişikliyi qanun çərçivəsində ediləcək", - deyə Toptan bildirmişdi.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bələdiyyə seçkilərindən sonra Konstitusiyaya qismən də olsa dəyişiklik olacağını qeyd etmişdi.

"Yeni hökumətdə Bülənt Arıc və Ömər Dinçel kimi islamçıların yer alması ilə Türkiyənin layiq gələcəyi təhlükə altındadır və bu, Türkiyədə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər ", - Arıtman bildirib.

Artımanın sözlərinə görə, Dinçel Türkiyədə dini dəyərlər üzərində qurulan yeni hökumətə ehtiyac olduğunu dəfələrlə bildirib.

"Ölkənin ana prinsiplərinə zidd fikir və fəaliyyət yürüdənlərin hakimiyyətdə təmsil olunmasının arxasında nəyin dayandığı isə hamıya bəllidir. Təəssüflər olsun ki, Türkiyə Yaxın Şərqə uyğun bir siyasət yürütməkdədir", - deyə o bildirib.

Arıtman hesab edir ki, demokratik toplumlarda Konstitusiyaya dəyişiklik edilərkən ictimaiyyətin rəyi nəzərə alınmalıdır.

"AKP ictimaiyyətin rəyinə uyğun olmayaraq, öz mənafeyi naminə Konstitusiya dəyişikliyi etmək istəyindədir", - deyə o bildirib. Arıtmanın sözlərinə görə, Türkiyə müxalifəti AKP-nin Konstitusiyaya dəyişiklik etmək qərarını dəstəkləməyəcək.

O, hesab edir ki, sadəcə bir siyasi partiyanın mənafeyi üçün belə bir dəyişiklik etmək doğru və demokratik deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti