Gürcüstan, Tbilisi, 20 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Parlamentinin sədri Gürcüstan ordusunun döyüş hazırlığı səvyyəsindən razıdır. David Bakradze bir qrup deputat və Silahlı Qüvvələrin Birləşmiş Qərargah rəisi ilə birgə Vaziani hərbi bazasında 53-cü alayın beşinci briqadasında təlimdə iştirak edib.
"Gürcüstan ordusunun döyüş hazırlığı səviyyəsi məni valeh etdi və ümid edirəm ki, Gürcüstan hərbçiləri bacarıqlarından bir daha istifadə etməyəcəklər", - Bakradze deyib.
"Hamı - dostlar da, düşmənlər də bilməlidir ki, Gürcüstanın ölkəni qorumağa qadir Silahlı Qüvvələri var", - Bakradze qeyd edib.
Qərargah rəisi Devi Çankotadze öz növbəsində deyib ki, hərbi hissə komandirlərin qoyduğu tapşırıqları yüksək səviyyədə yerinə yetirib və şərti düşmənin tank kolonunu "məhv" edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]