...

İtaliyada 50 gürcüstanlı dustaq əfv olunacaq və onlar vətənlərinə deportasiya olunacaqlar

Siyasət Materials 23 May 2009 14:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 may / Trend , müx. N.Kirsxalia /

Yaxın zamanlarda İtaliyada həbsdə olan 50 gürcü azadlığa çıxacaq, Gürcüstanın İtaliyadakı səfiri Kote Qabaşvili jurnalistlərə bildirib. Onun sözlərinə görə, əfv yaxın günlərdə İtaliyanın Prezidenti Djordjo Napolitano imzalayacaq. Bununla bərabər, gürcülər yalnız bir şərtlə azad ediləcəklər - vətənə deportasiya. Ağır cinayət - qətl törətməkdə ittiham olunan üç gürcünün azad olunması isə sual altındadır. Mövcud iş üzrə daha iki gürcü vətəndaşı axtarılır.

Brüsseldə Gürcüstan tərəfi Avropa İttifaqı ilə readmissiya haqqında danışıqları başa çatdırıb. Bu, İtaliyada qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarının göndərilmə prosedurasını sadələşdirəcək. Əvvəllər bu prosedur mürəkkəbləşdirilmişdi, lakin hazırda Gürcüstan tərəfi onu asanlaşdırmağa razılıq verib. Qeyd etmək lazımdır ki, deportasiya ilə bağlı vəziyyət cəfəngiyyata çevrilib. Məsələn, İtaliyada qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarından biri tutulan zaman özünü "Qoqra Bali" (gilas növü) adlandırmışdı, lakin Gürcüstan tərəfi bu vətəndaşın şəxsiyyətini təsdiq edə bilmədiyindən, Roma qeyd olunan vətəndaşı deportasiya edə bilməyib. Hazırda deportasiya etmək üçün sadəcə şəxsin Gürcüstan vətəndaşlığını sübut etmək kifayət edəcək. Bunun əvəzində Gürcüstan Avropa İttifaqından sadələşdirilmiş viza rejimi əldə edəcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti