...

Azərbaycan ordusunda hərbi təlim zamanı qətlə yetirilən hərbçilərin adları açıqlanıb

Siyasət Materials 25 May 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir, K. Zərbalıyeva /

Mayın 23-də səhər saat 11.00 radələrində Seyfəli poliqonunda qətlə yetirilən hərbçilərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a  verilən məlumata görə, Şəmkir rayonunun Seyfəli kəndi yaxınlığında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin təlim mərkəzində, əsgər Orxan Səfərov avtomat silahdan atəş açaraq əsgər yoldaşları Taleh Hidayətovu, Ramin Ataşovu və Şəhriyar Həsənovu  qətlə yetirib, Pünhan Həsənovu və Mustafa Sayfulovu isə yaralayıb.

Əsgər Səfərov tutulub. İlkin yoxlama Hərbi Prokurorluq tərəfindən aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,  Səfərov ötən ilin yanvarında Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılıb.

Qeyri-rəsmi məlumata görə, hadisəni törədən Səfərova qarşı hadisədən əvvəl mütəmadi nizamnamədənkənar hərəkətlərə yol verilib, o, qətlə yetirdiyi şəxslər tərəfindən nalayiq formada təhqir olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti