...

Özbəkistanın Əndican vilayətində xüsusi əməliyyatlar keçirilir, Qırğızıstanla sərhəd bağlanıb

Siyasət Materials 26 May 2009 12:20 (UTC +04:00)

"Ferqana.Ru" İA xüsusi mənbəsindən verilən məlumata görə, bir gün əvvəl Özbəkistanın Əndican vilayətinin şərqində yerləşən Xanabad şəhər polis idarəsinin binasında partlayış baş verib. Respublikanın rəsmi orqanları və KİV baş vermiş hadisə haqqında hələlik məlumat vermirlər.

Əndican vilayətinin Kurqantepinsk rayonunda atışma olması barədə məlumat verilir. Qeyd etmək lazımdır ki, Xanabad şəhəri və Kurqantepinsk rayonu Özbəkistan-Qırğızıstan dövlət sərhədləri boyunca yerləşir.

Qırğızıstanda "Ferqanı.Ru"nun müxbirlərinin verdiyi məlumata görə, bu gün Əndican və Cəlal-Abad vilayətləri arasında dövlət sərhəd xətləri bağlanıb. Qırğızıstan sərhədçiləri bildirirlər ki, sərhədlər Özbəkistan tərəfinin təşəbbüsü ilə bağlanıb.

"Ferqana.Ru" İA-nın mənbələrindən verilən məlumata əsasən, Özbəkistanın Xanabad şəhərində bütün çayxanalar, əyləncə obyektləri və ictimai yerlər bağlanıb.

Məlumat var ki, son iki həftə ərzində Əndican vilayətində yerli əhalinin Man və Espero adlandırdığı xüsusi təyinatlı 2 qrup mövcud olub. Fərqanə vadisinin sakinləri bildirirlər ki, xüsusi təyinatlı qruplar naməlum ekstremist və terrorçuların neytrallaşdırılması üzrə əməliyyat aparırlarmış.

Xəbər lenti

Xəbər lenti