...

Azərbaycan Prezidenti Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib

Siyasət Materials 29 May 2009 19:28 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nın icrasına əsasən həyata keçirilən tədbirlər ədliyyə orqanlarının işinin daha yaxşı təşkilinə geniş imkanlar yaradır. Ədliyyə orqanlarının maddi-texniki bazası möhkəmlənir, yeni binalar inşa olunur, mövcud tikililərdə əsaslı təmir işləri aparılır. Yeni tikilən binalardan biri də Prezidentin Fərmanı ilə 2004-cü ildə yaradılmış Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin inzibati binasıdır.
Dövlətimizin başçısı İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Xəbər lenti

Xəbər lenti