...

Təlabani və Baykal arasında danışıqlar Bağdada Anklara ilə münasibətləri nizama salmağa kömək edəcək

Siyasət Materials 30 May 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müx. U.Sadıxova /

İraq Kürd İttifaqının rəhbəri, prezident Cəlal Təlabaninin Türkiyə müxalifəti rəhbərinə ünvanladığı İraqa səfər etmək dəvəti, kürd probleminin həllində Ankara ilə dialoqun genişləndirilməsi və Kürdüstanda növbəti seçkilər zamanı öz mövqelərini gücləndirmək məqsədi daşıyır.

"Təlabani kürdlərin Türkiyə ilə mövcud probleminin həllində sülhməramlı vasitəçi rolunu oynamaq və Kürdüstan liderindən İraq liderinə keçmək niyyətindədir. Bu növbəti seçkilərdə çox vacib amildir (Kürdüstanda)",- Trend -a telefon vasitəsi ilə İraqda Demokratiyanın İnkişaf Mərkəzinin (İraqi democracy center) rəhbəri Həssən Attiyya bildirib.

Prezident Təlabani Türkiyə müxalif Xalq Cumhuriyyət Partiyasının (XCP) başçısı Dəniz Baykalı İraqa səfər etməyə çağırıb, Türkiyə qəzeti "Hürriyət" məlumat verib. İraqın rəsmi nümayəndə heyəti yaxın vaxtlarda Ankaraya səfər edəcək və XCP-nin nümayəndələri ilə görüşlər keçirəcək, "Hürriyət" yazır.

Lakin Baykal bəyan edib ki, dəvəti qəbul etməyəcək, çünki bu dəvətnamə Təlabanidən ölkə prezidenti kimi deyil, İraq kürdlərinin lideri kimi edilib.

Bir müddət əvvəl Baykal Türkiyə hökumətinin ilin əvvəlində türk məktəblərində kürd dilinin tədrisi və kürd dilində radio və televiziya verilişlərinin yayımlanmasını nəzərdə tutan islahatların keçirilməsinin əleyhinə çıxıb.

Türkiyədə kürd problemi Türkiyənin cənub-şərqi və İraqın şimalında müstəqil kürd dövlətinin yaradılması uğrunda mübarizə aparan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) fəaliyyəti nəticəsində meydana gəlib.

Ankara və Bağdad arasında PKK-ya qarşı birgə mübarizənin aparılması haqqında dəfələrlə danışıqlar aparılıb, lakin 2003-cü ildə ölkədə yaranmış siyasi böhrandan sonra bütün cəhdlər nəticəsiz qalıb.

Attiyya hesab edir ki, Təlabani kürd probleminin həllində Türkiyənin siyasi qüvvələri ilə dialoqu genişləndirməyə çalışır və bununla Türkiyədəki kürd terrorçuları ilə əlaqədə olmadığını bildirmək istəyir, o cümlədən kürd probleminin həllinə qarşı çıxan Türkiyə partiyalarını sakitləşdirməyi düşünür.

Kürd terrorçularına qarşı birgə mübarizə aparmaqla, Ankara ilə münasibətlərin yaxşılaşdırılması Təlabani hökumətinə İraqda hakimiyyəti gücləndirmək və Kürdüstanda iyul seçkilərində daha çox üstünlük əldə etməyə yardım edəcək.

İraqı Türkiyə ilə regionda terrorizmə qarşı birgə mübarizə bağlayır, bu səbəbdən Təlabani yalnız Türkiyə hökuməti ilə deyil, həmçinin müxalifəti ilə əməkdaşlıq etmək istəyir, Trend -a İraq parlamentinin deputatı Fevzi Əkrəmoğlu telefon vasitəsi ilə bildirib.

"Türkiyənin kürd problemi bu ölkənin "şəxsi" işidir, buna görə biz bu məsələyə qarışmırıq", -Əkrəmoğlu bildirib. İraq üçün Türkiyənin bütün siyasi qüvvələri ilə əməkdaşlıq vacibdir.

Baykal ilə danışıqlar İraqın şimalının kürd liderlərinə Masudi Bərzani və Cəlal Təlabaniyə Ankara ilə münasibətləri yaxşılaşdırmağa, PKK-ya təzyiq göstərmək və Türkiyə hökumətini müqavilə imzalamağa məcbur etməyə yardım edəcək, Trend -a Yaxın Şərq üzrə analitik Hosni Məxxali telefon vasitəsi ilə bildirib.

İraqın kürd liderlərinin Türkiyə müxalifəti ilə dialoq yaratması İraqın kürd liderləri Təlabani və Məsud Bərzaniyə Ankara ilə dialoqu genişləndirməyə yardım edəcək. Nəzərə almaq lazımdır ki, Türkiyə hökuməti yaxın zamanlarda kürd probleminin həllinə başlamaq istəyir.

Türkiyənin Prezidenti Abdullah Gül qırğızıstanlı həmkarı ilə mətbuat konfransında bəyan edib ki, "kürd məsələsi Türkiyə üçün vacib problemdir", cümə günü Türkiyə qəzeti "Hürriyət" yazır.

"Əgər biz bu məsələnin həlli üçün lazımi tədbirlər görməsək, vaxt keçdikcə o daha da kəskinləşəcək", - o əlavə edib.

Gül İrana səfəri zamanı bəyan edib ki, Türkiyə kürd probleminin həllində yeni addımlar atmaq niyyətindədir, lakin təfsilatı ilə məlumat verməyib.

Lakin Baykal ilə danışıqlar Kürdüstanın xarici əlaqələrinə nüfuz etməklə bərabər, iyulda regionda keçiriləcək seçkilərdə əks olunacaq.

İngiltərənin Dareman Universitetinin analitiki Kristofer Devidson hesab edir ki, Təlabaninin dəvəti növbəti seçkilər və Kürdüstanda prezidentliklə bağlıdır.

"Təlabani gələcəkdə daha çox legitimlik (prezident postuna) əldə edə bilər və Kürdüstanda seçkilər öncəsi vaxt qazana bilər", - Trend -a telefon vasitəsi ilə Yaxın Şərq üzrə analitik Devidson bildirib.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti