...

Hindistanın Azərbaycandakı səfirliyinin rəsmi saytının təqdimatı keçirilib

Siyasət Materials 9 İyun 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir C.Babayeva /

Hindistanın Azərbaycandakı səfirliyi çərşənbə axşamı özünün rəsmi saytının - www.indianembassybaku.org - təqdimatını keçirib.

"Sayt sadə şəkildə, ingilis, rus və Azərbaycan dillərində hazırlanıb", - çərşənbə axşamı jurnalistlərə Hindistanın Azərbaycandakı səfiri Derbant Şou bildirib.

"Saytın ana səhifəsində Atəşgah və Tac-Mahalın şəkilləri təsvir edilib. Atəşgah məbədi hind səyahətçilərinin Azərbaycana səfəri zamanı sitayiş yeridir", - səfir deyib.  

Saytda səfirliyin fəaliyyəti haqda informasiya və digər səmərəli məlumatlar yerləşdiriləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti