...

Seçkilərin nəticəsi sabah səhər elan olunacaq – İran DİN rəhbəri

Siyasət Materials 12 İyun 2009 16:06 (UTC +04:00)
Seçkilərin nəticəsi sabah səhər elan olunacaq – İran DİN rəhbəri

İranın daxili işlər naziri Sadiq Mahsuli bildirib ki, "biz seçkinin nəticələrinin mümkün qədər tez elan edilməsinə çalışacağıq". Böyük ehtimalla seçkilərin nəticəsi sabah səhər elan ediləcək, - ILNA agentliyi xəbər verib.

O, namizədlərin nümayəndələrini səslərin DİN-də hesablanması zamanı iştirak etməyə çağırır. Hazırda namizədlərin nümayəndələri Seçkilərə Nəzarət Təşkilatında və səsvermə yerlərində iştirak edirlər.

Tehran vaxtı ilə 08:00-da başlayan seçkilər 18:00-da başa çatacaq. İran Nəzarət Şurasının Seçkilərə Nəzarət Təşkilatının məlumatına görə, seçkilərin gecə yarısına qədər uzadılması mümkündür. İranın Mərkəzi Seçki Komissiyası bildirib ki, əhalinin yeddi seçki məntəqəsindəki fəallığını nəzərə alaraq, prezident seçkilərinin müddətinin iki saat uzadılması haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti