...

İran Parlamenti ölkədə baş verən hadisələri araşdırmaq üçün xüsusi komissiya yaradıb

Siyasət Materials 16 İyun 2009 11:10 (UTC +04:00)
İran Parlamenti ölkədə baş verən hadisələri araşdırmaq üçün xüsusi komissiya yaradıb

İran Parlamentinin sədri Əli Laricani ölkədə baş verən hadisələrin araşdırılması məqsədi ilə komissiyanın təşkil olunmasına göstəriş verib. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, komissiya, son günlərdə ölkənin bəzi şəhərlərində, xüsusilə Tehran Universitetinin yataqxanasında baş vermiş hadisələrin araşdırılması məqsədi ilə təşkil olunub.

İki gün öncə Tehran Universitetinin yataqxanasında tələbələr prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvini dəstək məqsədi ilə aksiya keçiriblər. İran polisi yataqxanaya hücum edərək aksiyanı sakitləşdirmək üçün yataqxana otaqlarının qapılarını sındırıb və yataqxanaya külli miqdarda maddi ziyan vurub. Hadisə zamanı bir neçə tələbə yaralanıb və bir neçə nəfər isə həbs olunub.  

Tehranda prezidentliyə namizədlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin yüz minlərlə tərəfdarı 12 iyun prezident seçkisinin nəticəsinə etiraz olaraq bazar ertəsi icazəsiz mitinq keçiriblər. Tehrandan verilən xəbərlərə görə, şəhərin şimal ərazilərindən atəş səsləri eşidilib.

BBC-nin məlumatına görə, ötən gün keçirilən mitinq zamanı 7 etirazçı həlak olub.

Xəbər lenti

Xəbər lenti