...

Qazaxıstanın müdafiə naziri öz vəzifəsindən azad edilib

Siyasət Materials 18 İyun 2009 20:57 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 iyun / Trend , müxbir K.Konırova /

Dövlət başçısının fərmanı ilə Əhmədov Danyal Kenjetayeviç Qazaxıstanın müdafiə naziri vəzifəsindən azad edilib. Bu barədə "Ak-Ordı" mətbuat xidmətindən bildirilib.

"Dövlət başçısının sərəncamı ilə Qazaxıstan Respublikasının müdafiə naziri vəzifəsinin müvəqqəti icra edilməsi qərargah rəisləri komitəsinin sədri, ölkənin müdafiə nazirinin birinci müavini Altınbayev Muxtar Kapaşeviçə tapşırılıb", - bu barədə yayımlanmış press-relizdə deyilir.

Qazaxıstanın Baş naziri vəzifəsindən sonra Əhmədov müdafiə naziri vəzifəsində iki il çalışıb.

Dövlət başçısının fərmanına əsasən, Fyodorov Oleq Anatolyeviç Qazaxıstan Respublikasının daxili işlər nazirinin müavini vəzifəsindən azad edilib. Bu barədə "Ak-Ordı" mətbuat xidməti xəbər verir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti