...

Azərbaycan Prezidenti Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının və DİN-in İdman Cəmiyyətinin açılışında iştirak edib

Siyasət Materials 30 İyun 2009 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /  Trend /

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yeni binası iyunun 30-da istifadəyə verilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib, AzerTAc dövlət agentliyi məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsərək, bina ilə yaxından tanış olub. Burada görülmüş işlər və yaradılmış şərait barədə dövlət başçısına məlumat verilib.

Prezident İlham Əliyev böyük idman zalında gənc idmançılar və Olimpiya oyunlarının mükafatçıları qarşısında çıxış edib.

Azərbaycan Prezidenti daha sonra Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyev açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub. Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlət başçısına yeni bina haqqında məlumat verib.

Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti