...

Azərbaycanda əmin-amanlığın qorunması üçün bütün qüvvələr səfərbər olunub - daxili işlər naziri

Siyasət Materials 2 İyul 2009 11:10 (UTC +04:00)
Azərbaycanda əmin-amanlığın qorunması üçün bütün qüvvələr səfərbər olunub - daxili işlər naziri

Azərbaycan, Bakı, 2 iyul / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın daxili işlər naziri bildirib ki, ölkədə əmin-amanlığın qorunması üçün bütün qüvvələr səfərbər olunub.

"Azərbaycanda bu gün asayiş yüksək səviyyədə qorunur," deyə cümə axşamı jurnalistlərə daxili işlər naziri general-polkovnik Ramil Usubov bildirib.

İyulun 2-si Azərbaycanda Polis günü kimi qeyd olunur. Bu münasibətlə Daxili İşlər Nazirliyinin rəhbər strukturu ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Usubov deyib ki, polis həmişə xalqa sədaqətli olmağa çalışıb.

"Çalışacağıq bundan sonra əman-əmanlığı daha da yüksək səviyyədə qoruyaq," deyə nazir əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti