...

Qırğızıstanda müxalifətin prezidentliyə yeganə namizədini psixatrop dərmanlarla zəhərləyiblər

Siyasət Materials 16 İyul 2009 16:50 (UTC +04:00)
Qırğızıstanda müxalifətin prezidentliyə yeganə namizədini psixatrop dərmanlarla zəhərləyiblər
Qırğızıstanda müxalifətin prezidentliyə yeganə namizədini psixatrop dərmanlarla zəhərləyiblər

Qırğızıstanda müxalifətin prezidentliyə yeganə namizədini psixatrop dərmanlarla zəhərləyiblər. Bu sensasiya doğuran bəyanatla bu gün İA "24 kq"-da mətbuat konfransında "Uluu birimdik" partiyasının lideri, Birləşmiş Xalq Hərəkatının üzvü Emilbəy Kaptaqayev çıxış edib. 

Onun sözlərinə əsasən, "bu artıq sübut edilmiş faktdır".

Birləşmiş müxalifətin üzvü Kaptaqayevin qeyd etdiyi kimi, "Almazbəy Atambayevin nitqinin pozulması və hələ də hərəkətlərini idarə edə bilməməsi müşahidə olunur". Bununla yanaşı, ən yüksək siyasi vəzifəyə iddiaçının mübarizə yoldaşı qeyd edir ki, "o, bütün bunlara dözür və seçkiqabağı səyahətlərini davam etdirir".

Kaptaqayev Atambayevin zəhərlənməsində iştirak edən şəxslərin adını açıqlamayıb. Lakin qeyd edib ki, onlara bu şəxsin kimliyi məlumdur.

Xatırlatmaq lazımdır ki, bu. ilk zəhərləmə faktı deyil. Atambayev ölkənin Baş naziri olduğu zaman da bəyan etmişdi ki, onu zəhərləyiblər. Atambayevin sözlərinə görə, o, yıxılıb və iki saat şüursuz vəziyyətdə uzanıb. Sonradan Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi hökumət başçısının zəhərlənməsi faktı üzrə cinayət işi açıb, lakin hələ də istintaqın nəticələri məlum deyil.

Xəbər lenti

Xəbər lenti