...

Avropa İttifaqının sədri İslandiyanın üzvlük ərizəsini alqışlayır

Siyasət Materials 17 İyul 2009 16:49 (UTC +04:00)
Avropa İttifaqını idarə edən İsveçin Baş naziri İslandiyanın üzvlük ərizəsini alqışlayır. Bu barədə Aİ-nin məlumatında deyilir.
Avropa İttifaqının sədri İslandiyanın üzvlük ərizəsini alqışlayır

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir Y.Ostapenko /

Avropa İttifaqını idarə edən İsveçin Baş naziri İslandiyanın üzvlük ərizəsini alqışlayır. Bu barədə Aİ-nin məlumatında deyilir.

"Mən İslandiya Parlamentinin Avropa İttifaqının üzvlüyünə ərizə vermək qərarını alqışlayıram. Ərizə qəbul edilmiş qaydada nəzərdən keçiriləcək", - Baş nazir Fredrik Raynfeldt deyib.

Cümə axşamı İslandiya Parlamenti hökumətə Aİ-yə daxil olmaqla əlaqədar danışıqlar aparmaqdan ötrü səlahiyyətin verilməsinin lehinə səs verib. 

İslandiya Parlamentində bu məsələ ilə bağlı müzakirələr bir neçə gün davam edib. Parlamentarilər ümid edirlər ki, ölkənin Aİ-yə daxil olması və vahid Avropa valyutasına keçid İslandiyanın dərin resessiya dövrünü yaşayan iqtisadiyana müsbət təsir göstərəcək. Bu barədə RİA Novosti məlumat verib.   

Parlamentin 33 deputatı İslandiyanın Aİ-yə daxilolma məsələsinin lehinə, 28-i əleyhinə səs verib, 2 deputat isə bitərəf qalıb.

Ölkə hökuməti Aİ-yə daxil olmaq üçün bu ayın sonuna qədər rəsmi ərizə verməyi planlaşdırır. Əgər ərizə Aİ-nin üzv ölkələri tərəfindən bəyənilsə, ölkənin bu Avropa blokuna birləşməsinə dair məsələ ümumilli referenduma çıxarılacaq. 

İslandiya hakimiyyəti ölkənin 2011-ci ildə Aİ-nin üzvü olmasını nəzərdə tutur. Bu barədə Avropa Komissiyasındakı mənbəyə istinadən RİA Novosti məlumat verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti