...

Bakıda özlərini polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb

Siyasət Materials 20 İyul 2009 11:59 (UTC +04:00)
Bakı polisi özlərini polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı soyğunçuluq edən şəxsləri saxlayıb.

Azərbaycan, Bakı, 20 iyul / Trend , muxbir K.Zərbaliyeva /

Bakı polisi özlərini polis əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı soyğunçuluq edən şəxsləri saxlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, iyulun 18-i saat 01.00 radələrində Sulutəpə qəsəbəsinin ərazisində 25 yaşlı Dövlətov Ramiz Mirmusa oğlu, 24 yaşlı Hacıağayev Dəyanət Eldəniz oğlu, Abbasquliyev Mahmud Məmmədhəsən oğlu və Əliyev Vahid Murad oğlu "VAZ-2107" markalı 10-GS-204 dövlət nömrə nişanlı maşınla özlərini polis əməkdaşı kimi qələmə verərək Gülüşov Röyal Elyas oğlunun və həyat yoldaşı 1988-ci il təvəllüdlü Mustafayeva Aysel Ağa qızının qarşısını kəsərək 380 manatını və mobil telefonunu əlindən alıblar.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb və faktla bağlı cinayət işi açılıb.


Məqalə muəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti