...

Müxalifət liderləri Gürcüstandakı vəziyyəti Cozef Baydenlə müzakirə ediblər

Siyasət Materials 23 İyul 2009 17:53 (UTC +04:00)
Gürcüstan müxalifətinin və qeyri-hökumət sektorunun liderləri bu gün ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə ölkədəki təhlükəsizlik və demokratiya məsələlərini müzakirə ediblər.
Müxalifət liderləri Gürcüstandakı vəziyyəti Cozef Baydenlə müzakirə ediblər

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , N.Kirsxaliya /

Gürcüstan müxalifətinin və qeyri-hökumət sektorunun liderləri bu gün ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdə ölkədəki təhlükəsizlik və demokratiya məsələlərini müzakirə ediblər.

Gürcüstanın parlament azlığının lideri Georgi Tarqamadzenin görüşdən sonra bildirdiyi kimi, o, vitse prezidentə Gürcüstan KİV-in bir hissəsinin müraciətini təqdim edib. Müraciətdə ölkədə söz azadlığının təmin edilməsindəki problemlərdən danışılır.

Tarqamadze bildirib ki, müzakirələr aparılıb və onun ağıllı siyasətçi olduğuna əminliyini etiraf edib. "Mən bu gün ABŞ-ın banilərinin necə şəxslər olduğu barədə hisslərimi bildirə bilərəm", - o bildirib.

"Vitse-prezident bir daha qeyd edib ki, Gürcüstan regionda demokratiyanın inkişafında liderdir, lakin ABŞ liderlərin şəxsləndirilməsi ilə məşğul olmur və ümumilikdə demokratiya ideyasını dəstəkləyərək əhalinin və cəmiyətin demokratiya ideyalarına sadiq olduğunu bildirir", - o deyib.

"Bayden Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və qeyd edib ki, ABŞ hər zaman bu postulata tərəfdar olacaq", - Tarqamadze bildirib.

"ABŞ Gürcüstana onun ərazi bütövlüyünə, suverenliyinə strateji tərəfdaş formatında yardım göstərir, buna görə də biz həm daxili siyasi məsələləri, həm də ölkə qarşısında duran təhlükələri müzakirə etdik", - deyə "Gürcüstan naminə alyans"ın lideri İrakli Alasaniya görüşdən sonra bildirib.

O bildirib ki, demokratik spektr ABŞ-ın hakimiyyət ilə ünsiyyətdə vasitəçiliyini tələb edir ki, bu da demokratik dialoqu təmin etməli və nəticədə ölkədə demokratik normaların gücləndirilməsinə xidmət etməlidir.

"Biz təhlükəsizlik və demokratiya məsələlərini müzakirə etdik. Hər iki məsələ ölkənin inkişafı üçün vacibdir və onlar bir-biri ilə bağlıdır. Belə ki, demokratik inkişaf olmadan ölkədə stabillik də olmayacaq, bu mövzular ölkəmizin sabahı üçün prinsipial olaraq vacibdir", - deyə "Vahid Gürcüstan - Demokratik Hərakat"ın lideri Nino Burcanadze bildirib.

"Regionda stabillik azadlıq və demokratiya olmadan qeyri-mümkündür", - heç bir partiyaya mənsub olmayan müxalifət lideri Levan Qaçeçiladze vitse-prezidentlə görüşdən öncə bildirib.

Baydenlə görüşdə Xristian Demokratik Hərəkatının və parlament azlığının lideri Georgi Tarqamadze də iştirak edib. "Hesab edirəm ki, Gürcüstan ABŞ Prezidenti Barak Obamanın regionda demokratiya ideyalarının bələdçisi olmalıdır və bu, bizim ölkəmizin "demokratiya istinadgahına" çevrilməsi üçün şansımızdır", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti