...

Azərbaycanın müxalifət partiyası bölgələrdə bələdiyyə üzvlüyünə namizədlərini seçir

Siyasət Materials 30 İyul 2009 13:27 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası cənub bölgəsində bələdiyyə üzvlüyünə irəli sürüləcək namizədlərin siyahısını müəyyənləşdirib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyası cənub bölgəsində bələdiyyə üzvlüyünə irəli sürüləcək namizədlərin siyahısını müəyyənləşdirib.

"Bələdiyyə seçkisində bu bölgənin bütün bələdiyyələrinə 210 partiya üzvünün namizədliyi irəli sürüləcək", - cümə axşamı Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında, parlament seçkisi isə 2010-cu ilin payızında keçirilməlidir. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

May ayında Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Əlliyevin sözlərinə görə, avqust ayı ərzində ölkənin şimal bölgəsində, Bakıda və paytaxt ətrafı ərazilərdəki bələdiyyələrə irəli sürüləcək namizədlərin adları da dəqiqləşdiriləcək. "Bu proses başa çatandan sonra patiyanın bələdiyyə üzvlüyünə namizəd olacaq bütün üzvləri ilə ümumi toplantı keçiriləcək", - partiya sədri əlavə edib.

ALDP-nin təşəbbüsü ilə liberal yönümlü partiyaların bələdiyyə seçkilərində birlikdə iştirakı məsələsinə gəldikdə, Əliyev deyib ki, müzakirələr avqust ayında yenidən aparılacaq. "Biz 12 partiya ilə ilkin danışıqlar aparmışıq. Əgər müzakirələrimiz uğurlu nəticələnərsə, sentyabr ayında "Azad Azərabycan" seçki blokunun yaradıldığını elan edəcəyik. Əks halda, seçkilərdə partiyamız təkbaşına iştirak edəcək", - Əliyev vurğulayıb.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti